Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan yığması ilk dəfə dünya çempionatının qalibi olub

Mini-futbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Qrup mərhələsinin ikinci turunda "A" qrupunda çıxış edən komanda Milli Gimnastika Arenasının meydançasında Sloveniya komandası ilə qarşılaşıb. Elşad Quliyevin yetirmələri 4:0 hesabı ilə inamlı qələbə qazanıb.

Azərbaycan millisinin heyətində qolları aşağıdakılar vurub:

Alvin Əlizadə (10-cu dəqiqə), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25), Kamran Abdullazadə (40).

Qeyd edək ki, ilk turda Azərbaycan yığması Bəhreynlə heç-heçə oynayıb (1:1), Sloveniya da Mavritaniya ilə eyni hesabla heç-heçə edib.

Best coffeeshop in Berlin