Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək
Avropa Siyasi Birliyinin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta sosial şəbəkədəki səhifəsində bildirib.
"Tiranadakı uğurlu sammitdən sonra 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən görüşəcək. Bu tədbir liderlər səviyyəsində ümumavropa siyasi dialoq üçün mühüm platformaya çevrilib", - o qeyd edib.
A.Koşta vurğulayıb ki, 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə birinci yarıda Azərbaycanda, ikinci yarıda isə Latviyada sammit keçiriləcək.


