Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Faiq İsmayılov: 

Qərbi Zəngəzurdakı qədim yurd yerlərimiz

Qərbi Zəngəzurun ermənilərin Şikaxox adlandırdıqları Şıxovuz kəndi, indiki Ermənistan Respublikasının (Syunik) Qərbi Zəngəzur  regionunda, Qafan rayonunda inzibati yaşayış məntəqəsi. Kənd Qafan şəhərindən 23 km məsafədə dəniz səviyyəsindən 980 metr yüksəklikdə yerləşir. Toponim “şeyx” sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz Türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlmişdir.  1988-ci ildə Ermənistan Hökuməti tərəfindən, kəndin bütün azərbaycalı sakinləri etnik təmizləməyə məruz qalaqraq kəndi tərk etməyə məcbur ediliblər.
Şıxovuz kəndinin adı ilk dəfə XIII əsr tarixçiləri tərəfindən çəkilir. KəndTatev monastrının vergi ödəyən kəndlərin siyahısında qeyd olunmuşdur. Əlverişli iqlimi, çaylarının, bulaqlarının, meşələrinin olması ilə tanınan bu kənd qədim zamanlarda mövcud olub.  
Kəndin mərkəzində ermənilərin 1988-ci ildə dağıtdıqları, tikilmiş bazilikanın qalıqları indiyədək qalmaqdadır. (dövlət indeksi 8.72.11). Abidə 1215-ci ildə tikilib, bina dini xarakterli olmayıb.  Relyef maili olduğundan şimal divarı yarıya qədər  torpaqla örtülmüşdür. Kompozisiya baxımından abidə alban memarlığı üslubunda inşa edilib.  Giriş qapısı cənub divarında yerləşir. Binanın içərisi pəncərələrlə işıqlandırılır. Qərb və cənub divarlarının hərəsində bir, şərq divarında isə üç pəncərə var.  Bina yonulmamış pud daşlar və əhəng məhlulu ilə tikilmişdir. Binanın ətrafında qədim bir qəbristianlığın izləri müşahidə olunur.  
Kəndin ərazisində çayın üzərində 1886-cı ilə aid körpü var (dövlət indeksi 8.72.12). Bu, fasadları və tağları kobud işlənmiş bazalt daşlarından, tağın kənarları isə təmiz yonulmuş və cilalanmış bazalt daşlarından ibarət olan bir aşırımlı tağlı körpüdür. Körpünün yaxınlığında Şıxovuz kəndinin su dəyirmanının xarabalıqları qorunub saxlanılmışdır.
Bu ərazidə orta əsrlərə aid yaşayış məntəqələrinin qalıqları, VII-VI əsrlərə aid binaların qalıqları, 17-18-ci əsrlərə aid türbələr, 19-cu əsrə aid körpü, “Xravənd” ziyarətgahı, qərb tərəfdə isə möhtəşəm bir qalanın xarabalıqları. qorunub saxlanılmışdır.
Kənd Şıxauz adı ilə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur. Sovet dövründə Azərbaycan SSR-in Zəngəzur regionunun, 1930-cu ildən isə Gorus rayonunun tərkibində olub.  

Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Best coffeeshop in Berlin