AÇ-yə gedəcək heyət müəyyənləşib
Mayın 31-dən iyunun 1-dək Latviyanın paytaxtı Riqada cudonun kata növü üzrə Avropa çempionatı keçiriləcək. İki gün davam edəcək bu turnirdə Azərbaycan da təmsil olunacaq. Artıq ölkəmizi həmin yarışda təmsil edəcək heyət də müəyyənləşib. Türkiyəli mütəxəssis Mehmət Yilmazin rəhbərliyi altında qitə çempionatına gedəcək heyətdə İsmayıl Rzayev, Samir İsmayılov, Rafiq Nəcəfov və Seymur Mecidli yer alıb. Yeri gəlmişkən, cüdoçularımız Avropa çempionatından öncə (28-30 may) Riqada təşkil ediləcək Kodakan kata seminarı və imtahanında iştirak edəcək.
Yığmamız hazırda millininin Bakıda yerləşən Təlim-Məşq Mərkəzində hazırlıq prosesini davam etdirir.
İNTİQAM Məmmədov


