AHK Azərbaycanın İllik Üzvlər Yığıncağında Güclü Üzv Fəallığı və Yeni Təşəbbüslər
07 may 2025-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirləri və əldə olunmuş nəaliyyətləri barədə məlumat verilir.
Tədbiri salamlama nitqi ilə açan AHK Azərbaycanın İdarə heyətinin sədri cənab Anar Həsənov Palata üzvlərinin aktiv fəaliyyətini və üzvlərin artmasının sevindirici hal olduğunu qeyd edib. Bildirib ki, 2025-ci ildə 21 yeni üzv şirkətin qoşulması ilə üzvlərin ümumi sayı 194-ə çatıb. Cənab Həsənov çıxışında, Palatanın son fəaliyyətlərini təqdim etdi, işçi qruplarının dəyərli töhfələrini vurğuladı, yeni "İctimai Əlaqələr İşçi Qrupu" haqqında məlumat verdi və ikitərəfli iqtisadi əməkdaşlığı artırmaq üçün yaxınlaşan işgüzar səfərlər və tədbirlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Daha sonra AHK Azərbaycanın İcraçı direktoru Nargis Wieck, Palatanın strateji baxışını təqdim edərək, AHK Azərbaycanın yalnız üzvləri qədər güclü olduğunu vurğuladı. Müxtəlif sahələr üzrə müxtəlif ölçülü şirkətləri təmsil edən AHK Azərbaycan özünü üzvlərinin vahid səsi kimi görür: “Biz AHK olaraq özümüzü sizin səsiniz kimi qiymətləndiririk, bu səs hər iki ölkədəki siyasətçilərə və maraqlı tərəflərə xitab etməlidir”. Xanım Wieck həmçinin daha effektiv şəbəkə platformalarının yaradılmasına, üzv şirkətlərin özlərini daha çox təqdim edə bilmə imkanlarının artırılmasına və biznes uyğunlaşdırma imkanlarının genişləndirilməsinə yönəlmiş yeni formatlar və təşəbbüslər təqdim etdi. O, AHK Azərbaycanın hər iki ölkənin iqtisadi artımına təkan verən ikitərəfli layihələr və strateji tərəfdaşlıqlar yaratmaqdakı öhdəliyini bir daha vurğuladı.
Tədbirdə fəxri qonağı, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Dr. Ralf Horlemann öz çıxışında Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğuladı və ölkənin ənənəvi resursları ilə yanaşı, bərpa olunan enerjiyə artan diqqətinin onun Avropa enerji bazarındakı rolu üçün həlledici rol oynayacağını bildirdi. O, həmçinin davamlılıq və yaşıl transformasiya da daxil olmaqla yeni Almaniya hökumətinin prioritetləri haqqında fikirlərini bölüşdü. Cənab Səfir, gələcəyə nəzər salaraq, əməkdaşlığın inkişafı üçün əsas fürsət kimi Almaniya-Azərbaycan Yüksək Səviyyəli Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun 10-cu sessiyasının Bakıda keçiriləcəyini qeyd etdi: “AHK Azərbaycan və onun üzvləri alman təcrübəsini Azərbaycana gətirmək üçün yaxşı mövqeyə malikdirlər – mən onları bu prosesdə fəal
iştiraka dəvət edirəm”, o bildirib.
***
ING:
Strong Member Engagement and New Impulses at AHK Azerbaijan’s Annual
Members’ Assembly On May 7, 2025, the German-Azerbaijani Chamber of Commerce (AHK Azerbaijan) held its Members’ Assembly, gathering over 100 representatives from the business community. As a key event held twice a year, the Assembly brought together AHK members to reflect on the Chamber’s activities, discuss strategic priorities, and strengthen business ties.
The meeting kicked off with a welcoming address delivered by Mr. Anar Hasanov, Chairman of the Board of AHK Azerbaijan, who proudly announced that 21 new member companies had joined in 2025, bringing the total membership to 194. Mr. Hasanov outlined the Chamber’s recent activities, highlighted the contributions of working groups, introduced a new Public Relations Working Group, and shared details on upcoming delegation trips and social events to boost bilateral economic cooperation.
Following that, Nargis Wieck, Executive Director of AHK Azerbaijan, presented the Chamber’s strategic vision, emphasizing that AHK Azerbaijan is only as strong as its members. Representing companies of all sizes across various sectors, AHK Azerbaijan sees itself as the united voice of its members: “We see ourselves at AHK as your voice, one that should address policymakers and stakeholders in both countries,” she stated. Ms. Wieck also introduced new formats and initiatives aimed at strengthening political advocacy, creating more effective networking platforms, increasing visibility for member companies, and expanding business matchmaking opportunities. She reaffirmed AHK Azerbaijan’s commitment to creating bilateral projects and strategic partnerships that drive the economic growth of both nations.
Our Guest of Honour, Dr. Ralf Horlemann, Ambassador of the Federal Republic of Germany to Azerbaijan, highlighted in his speech the importance of deepening economic ties with Azerbaijan and underlined that the country’s growing focus on renewable energy, alongside its traditional resources, will be crucial for its role in the European energy market. He also shared insights into the new German government’s priorities, including sustainability and green transformation. Looking ahead, he pointed to the 10th session of the Germany–Azerbaijan High Level Working Group on Trade and Investments as a key opportunity to advance cooperation. “AHK Azerbaijan and its members are well placed to bring German expertise to Azerbaijan – I encourage them to play an active role in this process”, he stated.
The meeting concluded with the introduction of new members and a business dinner, providing a valuable opportunity for networking and fostering collaboration.


