Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AzMİU tələbələri “Robotex Türkiye EurAsia – Azerbaijan 2025”in qalibi olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika və informatika
texnologiyaları fakültəsinin komandası  ölkəmizdə ilk dəfə keçirilən və beynəlxalq
əhəmiyyət daşıyan “Robotex Türkiye EurAsia – Azerbaijan 2025” Olimpiadasında
mühüm uğura imza atıb.
Fakültənin müəllimi Elvin Qurbanovun rəhbərliyi ilə Proseslərin
avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Nuray
Abdullazadə və İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan 2-ci kurs
tələbəsi Cavad Əliyevdən ibarət komanda yarışmada birinci yerin qalibi olub.
Qeyd edək ki, “Robotex Türkiye EurAsia – Azerbaijan 2025” müsabiqəsi
dünyanın ən nüfuzlu robototexnika festivallarından biri olan Robotex International
tərəfindən təşkil olunur. Bu mötəbər yarışma iştirakçılara mühəndislik,
proqramlaşdırma, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını
nümayiş etdirmək, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə təcrübə mübadiləsi
aparmaq və beynəlxalq əməkdaşlıqlar qurmaq üçün geniş imkanlar təqdim edir.
Yarışma 19-dan çox kateqoriyanı əhatə edir və həm tələbələr, həm də peşəkarlar
üçün nəzərdə tutulub. Bu isə iştirakçılara müxtəlif istiqamətlərdə özlərini sınamaq
imkanı yaradır. Layihələrin hazırlanması zamanı komanda üzvlərinin nümayiş
etdirdiyi yüksək texniki bilik, innovativ yanaşma və komanda işi onların uğurunda
mühüm rol oynayıb.
Komandamızın əldə etdiyi nailiyyət AzMİU tələbələrinin texnologiya və
mühəndislik sahəsində beynəlxalq arenada da rəqabətə davamlı olduqlarını bir
daha təsdiqləyir. Bu cür uğurlar universitetin təhsil strategiyasının və elmi-tədqiqat
fəaliyyətinin düzgün istiqamətdə qurulduğunu nümayiş etdirir.

Best coffeeshop in Berlin