Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Əşrəf Veysəlli: 

BU ÜTÜK ADAMLAR, SÜRTÜK ADAMLAR

REDAKSİYADAN:

Azərbaycan ədəbiyyatının inkişafına töhfələr verən söz-sənət sahiblərindən biri də Əşrəf Veysəllidir. Hər şeirində həyatımızın reallıqlarını, dövrümüzün ağrı-acılarını özünəməxsus bir dillə təsirli misralara köçürmüşdür. Şairin şeirlərini oxuduqca insanda ilk öncə fikir yaranır və formalaşır. Düşündükcə də həyatda yalnız mənəvi ucalığın ötəri olmadığını bir daha düşünmüş olursan. Şairin poetik dünyası o qədər rəngarəngdir ki, bütün bunlar onun yaradıcılığının zənginliyindən xəbər verir.  

 

Əşrəf Veysəllinin bu şeiri zamanəmizdən necə də gözəl bəhs edir:

 

BU ÜTÜK ADAMLAR, SÜRTÜK ADAMLAR

Bostandan inciyən, bağdan inciyən,

Bardan yarımayan “kitab” bağlayır.

Taledən inciyən, baxtdan inciyən,

Yardan yarımayan “kitab” bağlayır.

 

Yerinə düşmürsə, düşür yerə söz,

Yersiz söz-yel vurmuş yelin kimidir.

Yerinə düşməyən hər bakirə söz

Evdən acıq etmiş gəlin kimidir.

 

Vərəqlər tutular söz yağışına,

Hər sözün öz yükü, öz çəkisi var.

Daş o vaxt düşür ki, şeirin başına

Sözü olmayanlar şeir yazırlar...

 

Neçə ev dağıdıb, kümələr yıxıb,

Görənlər danışır “səxavət” indən.

Bu arsız nə üzlə efirə çıxıb,

Dərs verir ailə səadətindən.?..

 

Düşüb qapı-qapı “kitab” paylayır,

Sırtıqlıq qonubdur həya yerinə.

Zalımın üzündə su da qalmayıb,

Hopub üzdəniraq şeirlərinə.

 

“Üstü bəzək...” olan kitabları var,

Hələ birini də yazıb gəlibdir.

Onun bu yerlərdə nə azarı var,

Yoxsa buralara azıb gəlibdir?!

 

Yolları, izləri əzbər öyrənər,

Yazar yaddaşına azdığı yeri.

Qorxuram: bakirə qızlar öyrənə

Üzü üzlər görmüş, bu gözə girən

Sürtük adamların yazdığı şeiri,

Sırtıq adamların yazdığı şeiri.

 

 

Best coffeeshop in Berlin