Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Bavariya” 34-cü dəfə Almaniya futbol çempionatının qalibi olub

"Bavariya Münhen" 2024/25 mövsümündə Almaniya çempionluğunu vaxtından əvvəl qazanıb.

İkinci yerdə qərarlaşan "Bayer" çempionatın 32-ci turunda səfərdə "Frayburq"la 2:2 hesablı heç-heçə edib və turnir cədvəlində "Bavariya"nı qabaqlamaq şansını itirib.

Mövsümün bitməsinə iki tur qalmış münhenlilərin 76 xalı, Bayerin isə 68 xalı var.

"Bavariya" 34-cü dəfə Almaniya çempionu olub.

Best coffeeshop in Berlin