"Azəri" klubu Moldovadan 8 medalla dönüb
Moldovada yeniyetmə və uşaqlar arasında taekvondo üzrə "Tusah 5th Open Cup" beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycanı "Azəri" taekvondo klubu təmsil edib. ATF-dən verilən məlumata görə, klubun üzvləri turnirdə uğurla çıxış edərək, 6-si qızıl, 1-i gümüş və biri bürünc əyarlı olmaqla 8 medal qazanıblar.
Yeniyetmələr arasında Ləman Kazixanova (33 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Uşaqların yarısında isə İsmət Abdullayev (22 kq), İnci Rahava (22 kq) Məhəmməd Abdullayev (24 kq), Mehran Səlimov (33 kq), Ayşən Abazərova (27 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Yalnız həlledici finalda büdrəyən Cabir Dadaşov (27 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Abdullah Umarovsa (26 kq) bürünc medalla kifayətlənib.
İNTİQAM Məmmədov


