"Baku Open-2025" finişə yaxınlaşır
"Kristal Hall"da Azərbaycan Şahmat Turu çərçivəsində keçirilən "Baku Open-2025" beynəlxalq şahmat turniri davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan və mükafat fondu 55 min dollar (93,5 min manat) təşkil edən turnir artıq finişə yaxınlaşıb. Reytinq səviyyəsinə görə üç müxtəlif qrupda (A, B və C) keçirilən turnirdə sayca 7-ci tura da yekun vurulub. Qeyd edək ki, 31-i Azərbaycan təmsilçisi olmaqla 60 zəka sahibinin mübarizə apardığı A qrupunda həmyerlilərimizdən yalnız 9-u hesabat turunu qələbə ilə başa vurub.
7 turdan sonra A qrupuna 6 xalla Böyük Britaniya təmsilçisi Aleksandr İndjic liderlik edir. Ondan cəmi yarım xal geri qalan Gürcüstan şahmatçısı Baadur Jobava ikinci yeri tutur. Hərəyə 5 xal toplayan Azərbaycan təmsilçiləri - Məhəmməd Muradlı və Aydın Süleymanlısa 3-4-cu yerləri bölüşür. Hərəyə 4,5 xal toplayan Xəzər Babazadə və Murad İbrahimli isə müvafiq olaraq 5-6-ci yerləri tutur. Daha bir təmsilçimiz - Misrətdin İsgəndərov isə eyni xalla 8-ci pillədə qərarlaşıb.
İNTİQAM Məmmədov


