Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İsveç klubu Azərbaycan millisinin forvardı ilə maraqlanır

Hazırda icarə əsasında Gəncənin “Kəpəz” klubunda çıxış edən və müqaviləsi “Turan-Tovuz”a məxsus olan Azərbaycanın gənclərdən ibarət futbol yığmasının (U-21) hücumçusu Sadiq Şəfiyev xarici klubların diqqət mərkəzinə düşüb.

İsveçin Sirius komandası xüsusilə Şəfiyevin çıxışını diqqətlə izləyir. 19 yaşlı hücumçu ilə yerli "Araz-Naxçıvan" və "Şamaxı" klubları da maraqlanır.

S.Şəfiyevin klubunun gələcək taleyi ilə bağlı sualın onun “Turan-Tovuz”a qayıdacağı gözlənilən mövsümün sonunda müəyyənləşəcəyi gözlənilir.

Best coffeeshop in Berlin