Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi" ABL-in finalında "Sabah"a rəqib olub

Kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) cavab oyunu çərçivəsində baş tutan "Neftçi" -"Abşeron" oyunu ilə yarımfinal mərhələyə yekun vurulub və bununla da hər iki finalçı müəyyənləşib. Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən həmin oyunda "Neftçi" 81:72 ,(22:15, 10:22, 27:18, 22:17) hesabla qalib gələrək ümumi hesabı öz xeyrinə olmaqla 2:0-a çatdırıb. Bu isə reqlamentə uyğun olaraq "Neftçi"yə finala yüksəlmək hüququ verib. 

Yeri gəlmişkən, "Neftçi" finalda ötənilki Azərbaycan çempionu "Sabah"la qarşılaşacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin