Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 ABL-da pley-offa start veriləcək 

Kişi basketol klublarının mubarizə apardığı ABL-da bu gün pley-offa (1/4 final mərhələsi) start veriləcək. Mərhələnin ilk oyunu Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. Yerli "Şəki" klubu "Gəncə"ni qəbul edəcək.

Aprelin 18-də Bakı İdman Sarayında əvvəlcə "Neftçi"-"Ordu" (saat 18:00) matçı, ardından isə "Sabah"-"Sərhədçi" (saat 21:00) görüşü keçiriləcək.

Ertəsi gün eyni məkanda "Naxçıvan" "Abşeron"la qarşılaşacaq (saat 14:00).

Cavab oyunları 20-22 aprel günlərində olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin