Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət ediblər.
Ziyarət zamanı müəssisə sakinləri öz məharətlərini göstərib, hazırladıqları səhnəciyi, milli və xarici ölkələrin, cümlədən vətənpərvərlik ruhunda bir-birindən maraqlı rəqs nümunələrini nümayiş etdiriblər.
Arzu Əliyeva və Alena Əliyeva da uşaqların əyləncəsinə qoşulub, onların sevinclərini bölüşüblər.
Sonda 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə lazımi avadanlıqlar, balacalara isə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Həmçinin Arzu Əliyevaya balacaların adından xatirə hədiyyəsi təqdim edilib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



