Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Deputatlarımız İsveçrənin Cenevrə şəhərinə səfər edəcəklər

Milli Məclisin deputatları Qaya Məmmədov və Rizvan Nəbiyev noyabrın 24-də İsveçrənin Cenevrə şəhərinə səfər edəcəklər.

Bu barədə AZpress.AZ-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində deputatlar BMT-nin azlıq məsələləri üzrə forumunun “Regional təşəbbüslər və əməkdaşlıq vasitəsilə azlıqların hüquqlarının təşviqi” mövzusunda keçiriləcək 19-cu sessiyasında iştirak edəcəklər. Hər il keçirilən bu forum BMT-nin “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında” Bəyannaməsinin həyata keçirilməsi məqsədilə təşəbbüslərin, imkanların və çağırışların, eləcə də qabaqcıl təcrübələrin müəyyənləşdirilməsi və təhlili üçün platforma rolunu oynayır.

Səfər noyabrın 29-da başa çatacaq.