Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc cüdoçularımız DÇ-da 3 medal qazanıblar 

Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı başa çatıb. ACF-dən verilən məlumata görə, mundiala 14 (9 oğlan və 5 qız) cüdoçu ilə qatılan Azərbaycan yığması biri gümüş, ikisi isə bürünc əyarlı olmaqla 3 medal qazanıb. Gümüş medal yalnız həlledici finalda büdrəyən Ramazan Əhmədovun (+100 kq), berünclər isə Davud Namazlı (100 kq) ilə Məhəmməd Musayevin (60 kq) aktivinə yazılıb. Yeri gəlmişkən, bu il Avropa çempionatında da bürünc medal qazanan Davud üçüncü yer uğrunda kiçik finalda gürcüstanlı Nikolz Zaalişvilini məğlub edib. Məhəmməd isə üçüncü yer uğrunda Rusiya təmsilçisi İslam Sultiqovu üstələyib. 

Maraqlı məqamlardan biri + 100 kq çəki dərəcəsinin mükafatlandırma mərasimində qeydə alınıb. Belə ki, mundialın gümüş medalını qazanan Ramzan Əhmədov fəxri kürsüdə Gənclər və İdman Naziri Fərid Qayıbov təbrik edib.

İNTİQAM Məmmədov