Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İki boksçumuz AÇ-nın finalına yüksəlib, ikisi isə üçüncü yeri tutub

Xorvatiyanın Proçe şəhərində 23 yaşlı (U-23) oğlanlar arasında boks üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı artıq finişə yaxınlaşıb. Noyabrın 22-də yarışda yarımfinal döyüşləri baş tutub və bununla da finalçılar müəyyənləşib. Qeyd edək ki, yarımfinalda 4 təmsilçimiz rinqə çıxıb. Onlardan ikisi - Bilalhəbaşi Nəzərov (50 kq) və Nicat Alırzayev (70 kq) bu mərhələni də qələbə ilə bitirərək finala yüksəlib. Digər iki boksçumuz - Zidan Hünbətov (55 kq) və iMəhəmmədəli Aşırəliyev (60 kq) isə finala çıxışda büdrəyərək çıxışını üçüncü yerdə bitib və bürünc medalla kifayətlənib.

İNTİQAM Məmmədov