U-16 voleybol millilərimiz EEVZA-da 5-ci olub
19-22 noyabr aralığında 16 yaşlı (U-16) oğlan və qızlar arasında voleybol üzrə Avro-2027-yə seçmə xarakterli EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatı keçirilib. Oğlanlar Litvanın paytaxtı Riqada, qızlar isə Estoniyanın Kaariku şəhərində mübarizə aparıblar. Azərbaycan həm oğlanların, həm də qızların yarışında iştirak edib. Maraqlıdır ki, hər iki komandamız qatıldığı yarışda 5-ci yeri tutub.
Məşqçisi Cahangir Seyid Abbasi olan oğlan millimiz Riqada turnirin B qrupunda ev sahibi olan Litva və Finlandiya komandası ilə qarşılaşıb. Hər iki oyunda məğlub olan millimiz A qrupunda üçüncü yeri tutan Ukrayna ilə 5-ci yer uğrunda qarşılaşıb. Görüş U-16 millimizin qələbəsi ilə bitib - 3:0 (25:15 25:18, 25:20).
Qızlarımız isə Estoniyada analoji turnirin B qrupunda Litva, Ukrayna və Estoniya ilə üzləşib. Litvanı (3:1) udandan sonra Ukrayna (1:3) və Edtoniyaya (2:3) məğlub olan millimiz 5-ci yer uğrunda görüşdə A qrupunda 3-cü olan Gürcüstanla üzləşib və qalib gəlib - 3;0 (25:11, 25:19, 25:12).
Beləliklə də, hər iki U-16 milli komandamız sözügedən turnirdə 6 komanda arasında 5-ci yeri tutub. Həlledici finalda Ukrayna üzərində qələbə çalan Polşa isə AÇ-2027-nin final mərhələsinə vəsiqə qazanıb.
İNTİQAM Məmmədov



