Azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayevin növbəti qələbəsi
Qətərin paytaxtı Dohada UFC turniri keçirilib. Turnirdə Azərbaycan təmsilçisi Tahir Abdullayev də iştirak edib. Qeyd edək ki, karyerasında ikinci döyüşünə çıxan Abdullayev bu dəfə Avstraliya təmsilçisi Ceyk Metyuzla qarşılaşıb. Üç raundluq döyüş hakimlərin yekdil rəyi ilə həmyerlimizin qələbəsi ilə bitib.
Xatırladaq ki, Abdullayev UFC turnirində ilk döyüşünü 2026-cı ilin iyun ayında Bakıda təşkil olunan turnirdə Braziliya təmsilçisi Cefferson Nasimeltoya qarşı keçirib və qalib gəlib.
İNTİQAM Məmmədov



