Parataekvondoçumuz İmaməddin Xəlilov DÇ-da bürünc medal qazanıb
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə keçirilən dünya çempionatında daha bir təmsilçimiz uğurla çıxış edərək, mükafatçılar sırasında yer alıb. Söhbət K44 kateqoriyasında çıxış edən İmaməddin Xəlilovdan (70 kq) gedir. AMPK-dən verilən məlumata görə, 1/8 finalda almaniyalı, 1/4-də isə türkiyəli rəqibini məğlub edərək, yarımfinala yüksələn Xəlilov bu mərhələdə meksikalı Juan Qarçiaya uduzaraq çıxışını üçüncü yerdə bitirib və bununla da bürünc medalla kifayətlənib.
Xatırladaq ki, ondan əvvəl dayanq üzərinə çıxan digər təmsilçimiz Sabir Zeynalov (58 kq) isə daha inamla döyüşərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və çempionluq titulunu özündə saxlayıb.
İNTİQAM Məmmədov



