Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub +FOTO=53

Ağcabədi rayonunda Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və müvafiq qərargah üzvləri iştirak ediblər.
Görüşdə Dövlət Proqramı çərçivəsində rayonda həyata keçirilən layihələrin mövcud vəziyyəti, nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və investisiya qoyuluşları barədə məlumat verilib.
Bildirilib ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, müasir suvarma sistemlərinin qurulması, intensiv meyvə bağlarının salınması, heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının saxlanılması və emalı infrastrukturunun yaradılması istiqamətində layihələr həyata keçirilir.
Belə ki, “Azərşəkər” MMC tərəfindən 3000 hektar ərazinin 2120 hektarında 39 pivot suvarma sistemi qurularaq istifadəyə verilib, dənli bitki toxumları üçün hər biri 3000 ton tutumlu 4 anbar tikilərək istifadəyə verilib. “Ağcabədi taxıl” Aqroparkının ərazisində 228,06 hektar sahədə intensiv meyvə bağları salınıb. Eyni zamanda, heyvandarlıq və istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatı texnikasının yenilənməsi istiqamətində də müvafiq işlər görülür.
Müzakirələr zamanı layihələrin icrası ilə bağlı mövcud çətinliklər, xüsusilə suvarma suyunun təminatı, torpaq sahələrinin təyinatı, enerji təchizatı və güzəştli maliyyələşmə məsələləri diqqətə çatdırılıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, qarşıya çıxan məsələlərin həlli və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin davam etdirilməsi ilə bağlı müzakirələr aparılıb.