Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanışlıq olub +FOTO=24

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini öyrənmək məqsədilə Ağcabədi rayonunda heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, baxışda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, ərazi üzrə icra nümayəndəsi və bələdiyyə nümayəndələri iştirak ediblər.
Təsərrüfatlarda saxlanılan iribuynuzlu mal-qaranın sayı, heyvanların cins tərkibi, yemlənmə şəraiti və təsərrüfatların mövcud vəziyyəti ilə tanışlıq olub. Ətlik, südlük və damazlıq istiqamətləri üzrə yetişdirilən heyvanlara baxış keçirilib, heyvandarlığın inkişafı və məhsuldarlığın artırılması imkanları müzakirə edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov təsərrüfat sahiblərinə heyvanların düzgün və rasional yemlənməsi, yem rasionunun tələbatlara uyğun tənzimlənməsi, istifadə olunan yem vahidlərinin və yemlərin keyfiyyətinə diqqət yetirilməsi ilə bağlı tövsiyələrini verib. Həmçinin damazlıq heyvandarlığın inkişaf etdirilməsi, mal-qaranın bəslənmə şəraitinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasını, intensiv və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsini, heyvandarlıq sahəsində istehsal potensialının artırılmasını və müasir təsərrüfatçılıq təcrübələrinin tətbiqini nəzərdə tutur.