AÇ-nin ilk günü iki boksçumuz rinqə çıxacaq
Bu gün Xorvatiyanın Proçe şəhərində 23 yaşlı (U-23) gənc boksçular arasında Avropa çempionatına start veriləcək. 9 gün (noyabrın 24-dək) davam edəcək bu çempionatda Azərbaycan 7 boksçu ilə təmsil olunacaq.
Ümumilikdə isə çempionatda 39 ölkəni təmsil edən 276 boksçu medallar uğrunda rinq döyüşünə çıxacaq.
ABF-dən verilən məlumata görə, çempionatın ilk günü iki boksçumuz - Məhəmmədli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) mübarizəyə qatılacaq. Aşırəliyev yunanıstanlı Georgies Pliosla, Alırzayevsə belaruslu İdris Ahmed Xlifi ilə yumruqlaşacaq.
İNTİQAM Məmmədov



