Gənc boksçularımız AÇ-da yarışacaqlar
16-24 noyabr aralığında Xorvatiyanın Proçe şəhərində 23 yaşlı (U-23) gənclər arasında boks üzrə Avropa çempionatı keçiriləcək. 9 gün davam edəcək bu çempionatda ölkəmiz məşqçilər Elbrus Rzayev və Elvin Məmişzadənin rəhbərliyi altında 7 boksçu ilə təmsil olunacaq. Bu yeddilikdə isə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadə (+90 kq) cəmləşib.
Daha bir təmsilçimiz - Anar Nağıyev isə hakimlər arasında yer alacaq. Komandamız noyabrın 14-də yola düşəcək.
İNTİQAM Məmmədov



