Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın yeniyetmə şahmatçıları AÇ-nı bir dəst medalla bitiriblər 

Yunanıstanın Kirt adasının Hersonissos şəhərində 8-18 yaşlı yeniyetmə şahmatçılar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı noyabrın 12-də baş tutan 9-cu turun partiyaları ilə yekunlaşıb. Azərbaycan komandası yarışı bir dəst (1 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurub. 

Qeyd edək ki, qızıl medal hələ 8-ci turda rəqibləri üçün əlçatmaz olan və vaxtından əvvəl çempionluğu özünə təmin edən 18 yaşlı (U-18) Nərmin Abdinovanın aktivinə yazılıb. O, sonuncu turda isə FİDE təmsilçisi İizaveta Liashkeviçi məğlub edərək xallarının sayını 9-a çatdırıb və maksimal nəticə göstərib.

Gümüş medalı elə həmin yaş qrupunda (U-18) çıxış edən Tunar Davudov qazanıb. O, son turda polşalı rəqibi Pavel Sovinskini məğlub edərək aktivindəki xalların sayını 7-yə çatdırmaqla ikinci yeri tutub.

Bürünc medal isə U-8-də mübarizə aparan Selin Məmmədovanın payına düşüb.

Beləliklə, Azərbaycan komandası bir dəst (1-1-1) medalla 42 ölkə arasında 3-5-ci yerləri bölüşüb.

İNTİQAM Məmmədov