Böyük Britaniya Səfirliyində Anım Günü qeyd olunub +FOTO=12
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyində 11 Noyabr Anım Günü keçirilib.
AZpress.AZ xəbər verir ki, Anım Günündə Bakıdakı Britaniya icması və diplomatik korpus nümayəndələri ilə bir araya gəlib.
Səfir Dunkan Norman həlak olanların, eləcə də xidmət etmiş və hazırda xidmətini davam etdirən bütün şəxslərin xatirəsini ehtiramla anıb.
Bakıdakı Birlik Ölkələri Müharibə Memorialında (Commonwealth War Memorial) elan edilən iki dəqiqəlik sükut anı, iştirakçılara düşünmək və xatirələri yad etmək imkanı verib.
Qeyd edək ki, Anım Günü (Remembrance Day və ya Barışıq Günü) — I Dünya Müharibəsinin başa çatdığı tarixi simvolizə etmək məqsədilə hər il noyabrın 11-də qeyd olunan beynəlxalq anma günüdür. Tarixi 1918-ci ildə hərbi əməliyyatları dayandıran Kompyen barışığına əsaslanan bu gün, münaqişələrdə həlak olanların xatirəsini yad etmək üçün qırmızı lalə simvolu ilə müşayiət olunur və hər il saat 11:00-da ənənəvi olaraq iki dəqiqəlik sükutla qeyd edilir.
Xeyransa İsmayılova



