"Turan" qadın voleybol klubu CEV ÇL-nın qrup mərhələsində
Noyabrın 10-da qadın voleybol klublarının çıxış etdiyi CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bu turnirdə iştirak edən Azərbaycan çempionu "Turan" (Tovuz) cavab oyunu çərçivəsində Bolqarıstanın "Maritza Plovdiv" klubunu evdə qəbul edib. AVF- dən verilən məlumata görə, çempionumuz bir həftə öncə səfərdə olduğu kimi, Tovuzdkı Olimpiya İdman Kompleksində baş tutan cavab görüşündə də quru hesablı qələbə qazanıb - 3:0 (25:22, 25:17, 25:23). Bununla da iki oyunun ümumi nəticəsinə görə çempionumuz turnirin qrup mərhələsində iştirak etmək hüququ qazanıb.
Beləliklə, əyalət klubu turnirin "D" qrupunda "Eczacibaşi Peron İstanbul" (Türkiyə), "Savino Del Bene SCANDİCCİ" (İtaliya) və "Tent Obrenovaç" (Serbiya) klubu ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov



