Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Video-Foto reportaj: Günel Sadıxova:
(FOTO=57+VİDEO)
“Qurama – parça qalıqlarından yaradılan sənət” mövzusunda mühazirə

5 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Qurama – parça qalıqlarından yaradılan sənət” mövzusunda mühazirə keçirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əliyevanın təqdimatında baş tutan mühazirədə qurama sənətinin yaranma tarixi, inkişaf mərhələləri, ənənəvi tətbiqi və bədii xüsusiyyətləri haqqında məlumat verilib. Müxtəlif parça qalıqlarından yeni kompozisiyaların yaradılması, bu sənət növünün dekorativ-tətbiqi sənətdə yeri və Azərbaycan xalq yaradıcılığındakı özünəməxsus xüsusiyyətləri diqqətə çatdırılıb.

Mühazirə zamanı qurama sənətinə aid nümunələr əyani şəkildə nümayiş etdirilib, onların hazırlanma xüsusiyyətləri və bədii-estetik dəyəri ətrafında müzakirələr aparılıb. Həmçinin bu sənət növünün ənənəvi irsin qorunmasında və müasir yaradıcılıqda tətbiqindəki əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçılara xalq sənətimizin maraqlı nümunələrindən biri olan qurama sənətini daha yaxından tanımaq, onun ənənələri və bədii ifadə imkanları haqqında biliklərini genişləndirmək imkanı yaradıb.


https://youtu.be/J__tJH7qt4Q