"DH Volley" qadın voleybol klubumuz Avrokubokda mərhələ keçib
Noyabrın 5-də qadın voleybol klublarının mübarizə apardığı Avrokubok yarışlarının ÇEV Çelenc Kuboku turnirinin 1/32 final mərhələsinin cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "DH Volley" klubu cavab oyunu çərçivəsində Danimarkanın "Holte İF" klubunu qəbul edib. AVF-dən verilən məlumata görə, təmsilçimiz bir həftə öncə səfərdə olduğu kimi, doğma divarlar arasında keçirilən cavab matçında da qalib gəlib. Yeri gəlmişkən, ilk oyunda 3:1 (14:25, 24:26, 25:22, 22:25) hesabla qalib gələn "DH Volley" klubu FHN-in Hövsandakı idman zalında keçirdiyi cavab matçında isə rəqibinə bir set belə vermədən quru hesablı qələbə qazanıb - 3:0 (26:24, 25:21, 25:14).
İki oyunun ümumi nəticəsinə görə, "DH Volley" turnirin 1/16 final mərhələsinə yüksəlib.
Klubumuz bu mərhələdə isə Polşanın "LKS Commercecon LODZ " klubu ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov



