Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Turan" VK səfərdə qalib gəlib, "Xilasedici" isə evdə uduzub

Noyabrın 3-də qadın və kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı CEV Çempionlar liqasında təsnifat mərhələnin növbəti oyunları keçirilib. Qadınlar arasında üçüncü təsnifat mərhələsinin, kişilərin yarışında isə ikinci təsnifat mərhələnin ilk oyunları keçirilib.

Qadınların yarışında ölkəmizi təmsil edən "Tutan" VK (Tovuz) Bolqarıstanın Plovdiv şəhərində yerli "Maritza Plovdiv" klubunun qonağı olub. Özünü heç də qonaq kimi aparmayan Tovuz təmsilçisi meydanı quru hesablı qələbə ilə tərk edib - 0:3 (22:25, 22:25, 20:25). Cavab oyunu noyabrın 10-da Tovuz OİK-də keçiriləcək.

Eyni gündə kişilərin analoji yarışında ikinci mərhələnin ilk matçına çıxan "Xilasedici" isə evdə Portuqaliyanın "Sporting CP Lisboa" klubunu qəbul edib. Maraqlıdır ki, bu oyunda da qonaq komanda özünü qonaq kimi aparmayıb. FHN-in Hövsanda yerləşən İdman Kompleksində baş tutan və tay-brekə uzanan oyun qonaq komandanın qələbəsiylə başa çatıb - 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15).

Cavab matçı noyabrın 11-də Portuqaliyada keçiriləcək.

İNTİQAM Məmmədov