Cüdoçumuz İbrahim Talıbov Dakar-2026-nın qalibidir
Noyabrın 1-də Seneqalın paytaxtı Dakarda yeniyetmələrin sayca 4-cü olan növbəti Yay Olimpiya Oyunlarına (Dakar-2026) start verilib. Qeyd edək ki, Afrika Qitəsində ilk dəfə keçirilən və proqramına 25 idman növü daxil olan belə bir möhtəşəm yarışda Azərbaycan 8 növdə (cüdo, çimərlik güləşi, boks, taekvondo, yüngül atletika, üzgüçülük, qılıncoynatma və şosse velosipedi) 13 idmancı ilə təmsil olunur.
Oyunların açılış günü cüdoçular tatami üzərinə çıxıblar. Azərbaycanı bu yarışda təmsil edən İbrahim Talıbov (55 kq) inamla güləşib və Oyunların qalibi adını qazanaraq, qızıl medala layiq görülüb. Xatırladaq ki, mübarizəyə qatıldığı 1/4 finalda Mərkəzi Afrika Respublikasından olan öz adaşı İbrahim Mussanı, ardından Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahini məyus edən İbrahim son həlledici finalda isə xorvatiyalı Zvorç Janaya qalib gəlib.
Oyunlara noyabrın 13-də yekun vurulacaq.
İNTİQAM Məmmədov



