Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

KOAZ-KOICA Annual Meeting 2026

The KOICA Alumni Association in Azerbaijan (KOAZ), in collaboration with the KOICA Azerbaijan Office, held the KOAZ-KOICA Annual Meeting 2026 in Baku on October 28, 2026. The meeting brought together KOICA representatives, alumni, project teams, and partner institutions to review the year’s activities and highlight the practical impact of KOICA-supported initiatives in Azerbaijan.
The meeting was attended by H.E. Mr. Kymgu Kang, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Korea to the Republic of Azerbaijan; Mr. Emil Iskandarov, President of KOAZ; and Ms. Sulim Hwang, Country Director of the KOICA Azerbaijan Office. The event provided a platform to share the results of alumni-led initiatives, review professional training and academic outreach activities, and reinforce cooperation in support of sustainable development and institutional capacity-building in Azerbaijan.
The annual review highlighted academic outreach and scholarship information activities, including the session “Education Opportunities in South Korea,” organized on May 6, 2026, at ADA University by KOAZ and the KOICA Azerbaijan Office in close coordination with the Embassy of the Republic of Korea in Azerbaijan. Participants received information about scholarship opportunities supported by the Government of the Republic of Korea, including the KOICA CIAT Fellowship Program and the Global Korea Scholarship (GKS).
The meeting also reviewed the participation of Azerbaijani public officials and specialists in KOICA-supported international training programs in areas including e-mobility infrastructure, smart farming, e-governance and state registration systems, electronic public procurement, and international development cooperation. These programs support the exchange of knowledge and expertise and encourage the practical application of Korean experience in Azerbaijan’s institutional and professional development.
As part of the Share Your CIAT initiative, Ms. Arzu Taghiyeva and her team from the State Statistical Committee presented the 2026 winning project, “Detection of Informal Settlements Using Google Earth Engine and AI.” The project explores the use of satellite imagery, the Google Earth Engine platform, and artificial intelligence to identify and map informal settlements. The team tested a low-cost, open-source methodology intended to improve the efficient use of satellite data. The initiative demonstrates the potential of geospatial technologies and AI to support official statistics, evidence-based planning, and informed decision-making.
The meeting also featured the second cycle of the ChildCyberCare initiative, presented by Ms. Arzu Abdullayeva and the project team from the Ministry of Digital Development and Transport. The program delivered targeted cybersecurity and digital literacy training to 161 vulnerable children at special boarding schools and orphanages in regional areas. The training aimed to strengthen children’s awareness of online safety, personal data protection, and risks in digital environments, reflecting KOAZ’s continued commitment to community-oriented initiatives.
The KOAZ-KOICA Annual Meeting 2026 highlighted the importance of sustained cooperation between KOICA, KOAZ, Azerbaijani government institutions, academia, and development partners. The projects and activities presented demonstrated how alumni continue to apply knowledge and skills gained through international training and cooperation to address local needs and contribute to sustainable development in Azerbaijan.

KOAZ-KOICA 2026-cı il üzrə illik görüşü


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan üzrə Məzunlar Assosiasiyası (KOAZ) və KOICA-nın Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2026-cı il oktyabrın 28-də Bakıda KOAZ-KOICA 2026-cı il üzrə illik görüşü keçirilib. Görüş KOICA nümayəndələrini, proqram məzunlarını, layihə komandalarını və tərəfdaş qurumları bir araya gətirərək il ərzində həyata keçirilən fəaliyyətləri nəzərdən keçirmək və KOICA tərəfindən dəstəklənən təşəbbüslərin Azərbaycandakı praktiki nəticələrini diqqətə çatdırmaq məqsədi daşıyıb.
Tədbirdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Kymgu Kang, KOAZ-ın prezidenti cənab Emil İskəndərov və KOICA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Sulim Hwang iştirak ediblər. Görüş məzunların təşəbbüslərinin nəticələrini bölüşmək, peşəkar təlim və akademik məlumatlandırma fəaliyyətlərini nəzərdən keçirmək, eləcə də dayanıqlı inkişaf və institusional potensialın gücləndirilməsi istiqamətində əməkdaşlığı möhkəmləndirmək üçün platforma yaradıb.
İllik fəaliyyət icmalında akademik məlumatlandırma və təqaüd imkanlarının təşviqi də diqqət mərkəzində olub. 2026-cı il mayın 6-da KOAZ və KOICA-nın Azərbaycan nümayəndəliyi Koreya Respublikasının Azərbaycandakı Səfirliyi ilə sıx əməkdaşlıq çərçivəsində ADA Universitetində “Cənubi Koreyada təhsil imkanları” adlı məlumatlandırma sessiyası təşkil ediblər. İştirakçılara Koreya Respublikası Hökumətinin dəstəklədiyi təqaüd imkanları, o cümlədən KOICA-nın CIAT Təqaüd Proqramı və Global Korea Scholarship (GKS) haqqında məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərinin KOICA-nın elektromobillik infrastrukturu, ağıllı kənd təsərrüfatı, elektron hökumət və dövlət qeydiyyatı sistemləri, elektron dövlət satınalmaları və beynəlxalq inkişaf əməkdaşlığı sahələrini əhatə edən beynəlxalq təlim proqramlarında iştirakı nəzərdən keçirilib. Bu proqramlar bilik və təcrübə mübadiləsini dəstəkləyir, Koreya təcrübəsinin Azərbaycanda institusional və peşəkar inkişaf məqsədləri üçün praktiki tətbiqini təşviq edir.
Share Your CIAT təşəbbüsü çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndəsi Arzu Tağıyeva və layihə komandası 2026-cı ilin qalib layihəsi olan “Google Earth Engine və süni intellekt vasitəsilə qeyri-formal yaşayış məntəqələrinin müəyyən edilməsi” layihəsini təqdim ediblər. Layihə peyk təsvirləri, Google Earth Engine platforması və süni intellektdən istifadə etməklə qeyri-formal yaşayış məntəqələrinin müəyyənləşdirilməsi və xəritələşdirilməsini araşdırır. Komanda peyk məlumatlarından səmərəli istifadəni yaxşılaşdırmaq məqsədilə aşağı xərcli, açıq mənbəli metodologiyanı sınaqdan keçirib. Təşəbbüs geoinformasiya texnologiyaları və süni intellektin rəsmi statistika, məlumatlara əsaslanan planlaşdırma və qərar qəbuletmə proseslərində tətbiq imkanlarını nümayiş etdirir.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Arzu Abdullayeva və layihə komandası ChildCyberCare təşəbbüsünün ikinci mərhələsi barədə də məlumat veriblər. Proqram çərçivəsində regionlarda yerləşən xüsusi internat məktəblərində və uşaq evlərində yaşayan həssas qruplara aid 161 uşaq üçün kibertəhlükəsizlik və rəqəmsal savadlılıq üzrə məqsədyönlü təlimlər keçirilib. Təlimlər uşaqların internetdə təhlükəsiz davranış, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə mövcud risklər barədə məlumatlılığının artırılmasına yönəlib. Bu təşəbbüs KOAZ-ın sosial yönümlü layihələrə davamlı dəstəyini əks etdirir.
KOAZ-KOICA 2026-cı il üzrə illik görüşü KOICA, KOAZ, Azərbaycan dövlət qurumları, akademik müəssisələr və inkişaf tərəfdaşları arasında davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Təqdim olunan layihə və fəaliyyətlər məzunların beynəlxalq təlim və əməkdaşlıq çərçivəsində əldə etdikləri bilik və bacarıqları yerli ehtiyacların qarşılanmasına və Azərbaycanda dayanıqlı inkişafın təşviqinə yönəltməyə davam etdiklərini nümayiş etdirib.