"Landau Lions" BK evdə qalib gəlib, "Neftçi" BK isə....
Oktyabrın 28-də kişi basketbol klublarının çıxış etdiyi FİBA Avropa Kubokunun qrup mərhələsində növbəti (4-cü) turun oyunları keçirilib. Qeyd edək ki, bu turnirdə Azərbaycanı iki klub təmsil edir: "Landau Lions" BK və "Neftçi" BK. Hər iki komanda hesabat turu çərçivəsində doğma divarlar arasında çıxış edib. Təmsilçilərimizdən biri - "Landau Lions" meydanı qalib durumda, digəri - "Neftçi" isə yenə də meydanı məğlub durumda tərk edib. Hər iki oyun Bakı İdman Sarayında baş tutub.
Xatırladaq ki, turnirin "G" qrupunda yer alan "Landau Lions" Türkiyənin "Yukatel Denizli Basket" klubunu qəbul edib. Görüşün əsas hissəsi 80:80 hesabla bitdiyi üçün komandalar mübarizəni overtaymda (əlavə vaxtda) davam etdiriblər. Fürsəti qaçırmayın Azərbaycan təmsilçisi hesabı 94:86-ya (14:18, 19:24, 27:12, 20:26, 14:6). Bu təmsilçimizin qrupda keçirdiyi 4 oyunda ilk qələbəsi olub.
"Landau Lions" növbəti matçını noyabrın 4-də Portuqaliyanın paytaxtı Lissabonda yerli "Benfika"ya qarşı keçirəcək.
Günün digər matçında isə "Neftçi" BK Rumıniyanın "CSM CSU Raiffeisen Oradea" klubunu qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb - 83:99 (16:23, 24:29, 25:26, 18:2).
Bununla da, turnirin "H" qrupunda yer alan "Neftçi" keçirdiyi 4 oyunun hamısında məğlub olub. Ağ-qaralar növbəti matçını noyabrın 4-də Bolqarıstanda yerli "Lokomotiv" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, bir gün öncə isə ölkəmizi Çempionlar liqasında təmsil edən "Sabah" klubu Bakıda Fransanın "Nanterre 92" (87:80) klubunu məğlub edərək, qrup mərhələsində ilk qələbəsini qazanıb.
İNTİQAM Məmmədov



