Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ÇİN UNİVERSİTETLƏRİ İLƏ
ƏMƏKDAŞLIQLARI DAHA ETİBARLI KƏMƏRLƏR, DAHA İŞIQLI YOLLAR ÜÇÜNDÜR

Naxçıvan Dövlət Universitetinin Çin universitetləri ilə əməkdaşlığı özünü növbəti keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Əvvəlki tədris mərhələlırində bu sahədə kifayət qədər uğurlu mərhələlər keçilmiş, universitetimizin müəllim və tələbələrindən ibarət olan nümayəndə heyətləri Çinin bir sıra ali məktəblərində olmuş, təcrübə layihələrində və yay məktəblərində iştirak etmişlər. 
Artıq yeni mərhələdə, Naxçıvan Dövlət Universiteti ilə Çinin Beijing Information Science and Technology University (BISTU) arasında növbəti yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. 
Müqavilənin şərtlərinə görə hər iki ali təhsil müəssisəsi arasında "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə 2+2 formatlı ikili diplom proqramının həyata keçirilməsinə razılıq əldə olunub. Bu, mahiytinə görə, ölkəmizin Çinlə çoxistiqamətli əməkdaşlıq münasibətlərində tamamilə yeni başlanğıc olacaq.
Ölkəmizlə Çin arasında iqtisadi, sosial, hüquqi və digər sahələrdə qarşılıqlı işbirlikləri həyata keçirilməkdədir. Süni intellektdən səmərəli istifadə olunması, rəqəmsal iqtisadiyyata keçid, tranzit, logistika, ticarət və digər sahələr üzrə münasibətlər səmərəliliklə davam etdirilməkdədir.
Naxçıvan Dövlət Universiteti bu sahədəki təşəbbüsləri ilə məhz həmin proseslərin elm və tədris sahələrinə aid olan mütərəqqi tərəflərini özündə ifadə etməkdədir. Cari mərhələdə, Naxçıvan Dövlət Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyətinin Çin səfərində imzalanan müqaviləyə əsasən, ikili diplom layihələrinin davamlılığı sahəsində əldə olunan razılıq, mahiyyətinə görə daha mütərəqqi nəticələr vəd etməkdədir. 
Proqrama əsasən, tələbələr bakalavriat təhsilinin ilk iki ilini Naxçıvanda, növbəti iki ilini isə Pekində davam etdirərək hər iki universitetin diplomunu əldə edə biləcəklər. Proqrama tələbə qəbulunun 2027-2028-ci tədris ilindən başlanması nəzərdə tutur. 
Bütün bunlar, Naxçıvan Dövlət Universitetinin bundan sonrakı mərhələlər üzrə daha səmərəli, daha effektiv və daha perspektivli nəticələri elm və tədris mühitinin daha da yaxşılaşmasına xidmət etmiş olacaq.
Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqları sahəsində, xüsusilə də, Çin dövlətinin ali məktəbləri ilə münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanması, bütün tərəflərinə görə bütövlükdə, ölkənin bu sahədəki uğurları müstəvisində yüksək əhəmiyyətə malik olmaqdadır. Nəzərə alsaq ki, Çin, ölkəmizin müasir milli iqtisadi perspektivlərində, hədəflərində və prioritetlərində olduqca aktual sahələrdən birini təşkil edir, onda, Naxçıvan Dövlət Universitetinin bu sahədəki təşəbbüslərinin nə qədər uğurlu, nə qədər yerində və nə qədər məqsədyönlü olduğu bir daha aydın olar. Hər şeydən əvvəl, ali məktəbimizin Çin dövlətinin ali məktəbləri ilə elm və tədris proseslərinin səmərəli təşkili və idarə olunması sahəsində əməkdaşlıqları xüsusilə də, həm tarixi İpək Yolunun makro və meqaiqtisadi əhəmiyyəti, həm də, “Bir kəmər, bir yol” layihəsinin ölkələrin milli iqtisadiyyatları üçün faydalılığı sahəsində mühüm əhəmiyyətə malik olmaqdadır. Burada:
- beynəlxalq iqtisadi münasibətlər sahəsində kadr və mütəxəssis hazırlığının həyata keçirilməsi;
- beynəlxalq ticarət və logistika sahəsində layihələndirmə işlərinin düzgün və səmərəli qurulması;
- beynəlxalq ticarət və logistika əməliyyatlarının dolğun olaraq təşkili və idarə olunması məqsədilə informasiyaların toplanması, qorunması, saxlanması, təhlükəsizliyi və ötürülməsi sahəsindəki əlçatanlığın təmin olunması;
- hər iki zəruri layihənin səmərəli olaraq reallaşması sahəsində elmi cəhətdən əsaslandırılmış strategiyanın ortaya qoyulması;
- ölkələrin milli iqtisadiyyatlarının daha dinamik olaraq bu proseslərə cəlb olunması və ondan səmərəli yararlanması;
- mövcud potensial üzərində daha perspektivli təşəbbüs və nəticələrin müəyyən olunması;
- ölkəmizin Milli Prioritetlərinə xas olan dəyərlər müstəvisində kifayət qədər əhəmiyyətli amillər yerini almaqdadır.
Məhz bu baxımdan, Naxçıvan Dövlət Universitetinin Çin universitetləri ilə qarşılıqlı əməkdaşlıqları, təcrübə mübadiləsinin səmərəli təşkili və yeni layihələrin reallaşması sahəsindəki proseslər, son dərəcə əhəmiyyətli olmaqdadır. 
Çin, həm də Orta Dəhlizin imkanları baxımından da başlanğıc nöqtəsi olmaqdadır. Buna görə də, Naxçıvan Dövlət Universiteti, hörmətli rektor, Elbrus İsayevin rəhbərliyi ilə uzaq gələcək üzrə daha istedadlı, savadlı və dünya elminə malik olan mütəxəssislərin hazırlanması sahəsində çox mühüm mərhələni başlatmaqdadır. Cari tədris ilində Çin dili ixtisasında qəbul planının uğurla tamamlanmış olması, bütünlükdə, mövcud göstəricilərin dinamik artımına təminat yaradacaq. 
İndiki mərhələdə, Çinin Pekin İnformasiya elmləri və texnologiyaları Universiteti (Beijing Information Science and Technology University-BISTU) arasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 2+2 formatlı ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilənin imzalanması daha mühüm nəticə olacaq. Bununla, artıq, gerçək olaraq, ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikası ilə, Çinin Pekin şəhəri arasında elm və tədris, ideya və təşəbbüs, eyni zamanda, yeni prioritetlər üzrə körpülər yaranır. Bunun da, hərəkətverici qüvvəsi, məhz dövlətimizin gündəlik diqqətindən güc alan Naxçıvan Dövlət Universitetidir. 
Naxçıvan Dövlət Universitetinin rektoru, hörmətli Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri olduqca səmərəli nəticələrlə müşayiət olunmaqdadır. Diqqət etdikdə aydın olur ki, səfər çərçivəsində çoxsaylı görüşlər keçirilmiş, universitetlərarası əməkdaşlıqların çox tərəflərinin inkişafı sahəsində anlaşma əldə olunmaqdadır. Xüsusilə də, bunu, Şanxay Mühəndislik Elmləri Universiteti ilə Naxçıvan Dövlət Universitetinin uzunmüddətli perspektivlər üzrə əməkdaşlıq müzakirələrində də görmək olar.
Burada, elm, təhsil, araşdırma mühitinin daha etibarlı qaydada təşəkkülü, beynəlxalq əməkdaşlıqlarda bu sahənin aktuallığı kifayət qədər önə çəkilmişdir. 
Elmi zamanda, müasir iqtisadi və sosial inkişaf mərhələsində son dərəcə aktuallığına görə seçilmiş olan, süni intellekt, dizayn və bərpaolunan enerji sahələrində magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılması məsələləri yer aldı. Universitetin Mühəndislik və memarlıq fakültəsinin bu sahədəki perspektivləri olduqca güclüdür.
Təbii olaraq, səmərəli elm və tədris sahələrindəki əməkdaşlıqların olduqca mühüm tərəflərindən biri olaraq, birgə təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin NDU tələbələrinin Şanxayda keçiriləcək yay məktəblərində iştirakı ilə bağlı imkanları xüsusilə əhəmiyyətli olacaqdır.
Ölkəmizin yeni iqtisadi reallıqları, Milli Prioritetlər müstəvisində olduqca mühüm əhəmiyyətinə görə seçilən maliyyə, ticarət, texnologiya və innovasiya sahələrində fəal əməkdaşlıqlar bu sahədə daha etibarlı kadr və mütəxəssis hazırlıqlarının həyata keçirilməsinə təminat yaratmış olacaq. Artıq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində "Beynəlxalq ticarət və logistika" və "Menecment" ixtisasları üzrə kadr və mütəxəssis hazırlığı sahəsində sistemli və dinamik işlər uğurla həyata keçirilir.
Bütün bunlarla, Naxçıvan Dövlət Universitetinin fakültələrində tədqiqatyönümlü, tələbəyönümlü və nəticəyönümlü işlərin gerçək göstəricilərini görməkdəyik. Dövlətin bu sahədə də gündəlik qayğı və diqqətinin olduqca mühüm əhəmiyyəti daha sistemli nəticələr gətirmiş olacaq.
Hörmətli rektorumuzun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri və bu zaman son dərəcə aktual müzakirələrin olması, bütövlükdə, ölkəmizin milli təhsili üçün uğurlu nəticələr olaraq, qəbul oluna bilər. Belə ki, müxtəlif anlaşmaların əldə olunması, informasiya sahələrində, süni intellektdən istifadə olunması, rəqəmsal texnologiyalar və bu sahədə iqtisadi yanaşmanın ortaya qoyulması sahəsində nətoicəyönümlü tədbirlər üzrə müzakirələrin aparılması, ölkələrimiz arasında, universitetlərimiz çərçivəsində mühüm əməkdaşlıq istiqamətlərini bir daha şaxələndirməkdədir. 
Diqqət etdikdə aydın olur ki, rektor Elbrus İsayev Naxçıvan Dövlət Univeürsitetinin elm və tədris proseslərinin düzgün əlaqələndirilməsi, onun uğurlu ixtisaslaşma sahəsində etibarlılıq yaratması, yeni dünya tələblərinə xas olan kadr və mütəxəssis hazılığı proseslərinin həyata keçirilməsi, bütövlükdə isə, bunun beynəlxalq iqtisadi və sosial münasibətlər sisteminə gətirmiş olduğu yeni nəfəs üçün olduqca faydalı ideya və təşəbbüslərin müəllifidir və bu, universitetimizlə əməkdaşlıq edən bütün tərəflər üçün xüsusilə səmərəli nəticələr verməkdədir. Məhz bu mənada da, Çin, Naxçıvan Dövlət Universitetinin təşəbbüslərinə hörmətlə yanaşır, onun perspektivli olmasına əmindir və bu sahədə malik olduğu resurslar çərçivəsində dəstək olmaqdadır. 
Elə nümayəndə heyətinin Çinin Sanya şəhərində keçirilən Asiya Elmlər Akademiyasının (AEA) Baş Assambleyasında və “Bir kəmər, bir yol: Ortaq elmi və texnoloji gələcəyin formalaşdırılması” (FAH-LSF-26) Birinci Asiya Yüksək Səviyyəli Elmi Forumunda iştirak etməsi, həm də ölkəmizin milli iqtisadiyyatı üçün son dərəcə aktualolan strateji layihələrin reallaşması proseslərində universitetin inkişaf modelinin təqdimatı olaraq da, əhəmiyyətlidir. 
Bu proseslər müstəvisində hörmətli rektorumuz Elbrus İsayevin univesitetlər arasındaki münasibətlərin inkişafı sahəsindəki müstəsna fəaliyyəti nəticəsində Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bütövlükdə, Naxçıvan Dövlət Universitetinin bütün əməkdaşlarına, onlar üçün yaradılan fəaliyyət mühitinə, şəratinə, ali məktəbin inkişaf xəttinə, perspektivlərinə və uzunmüddətli prioritetlərinə olan dəstəyin, rəğbətin, tərəfdaşlığın mühüm ifadəsidir. Bu münasibətlə, rektorumuzu və kollektivimizi təbrik edirəm.