Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbiri keçirilib +FOTO=17

26 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında narkomanlığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və xüsusilə uşaqların və gənclərin məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşı Azər Dostuyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin baş mütəxəssisi Cavid Məlikzadə, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Aygün Qasımlı çıxış ediblər.
Çıxışlarda narkomanlığın cəmiyyət üçün yaratdığı təhlükələr, narkotik vasitələrdən istifadənin insan sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsirləri, narkotik asılılığının ağır sosial nəticələri barədə ətraflı məlumat verilib. Narkomanlığın qarşısının alınmasında maarifləndirmə işinin, gənclərin zərərli vərdişlərdən qorunmasının və sağlam həyat tərzinin təşviqinin əhəmiyyəti vurğulanıb.

 

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər, gənclərin asudə vaxtlarının səmərəli təşkili, dini-mənəvi dəyərlərin qorunması və vətəndaş cəmiyyətinin rolu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində tələbələrə, eləcə də rayon əhalisi və uşaqlar arasında yayılması üçün narkomanlığın zərərləri, narkotik vasitələrdən istifadənin doğurduğu fəsadlar və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumatları əks etdirən maarifləndirici bukletlər paylanılıb.

 

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd narkomanlığın qarşısının alınmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinə, uşaqların və gənclərin zərərli vərdişlərdən qorunmasına və cəmiyyətin bu sahədə məlumatlılığının artırılmasına nail olmaqdır.