Avstraliya imperator məqbərələrindən oğurlanan tarixi heykəlləri Çinə qaytardı
Avstraliya Sun sülaləsi dövrünə aid imperator məqbərələrini bəzəyən iki qiymətli daş heykəl parçasını Çinə qaytarıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Tarixi artefaktların təhvil verilməsi Kanberrada, Avstraliya Milli Qalereyasında baş tutub. Çin tərəfinə əntiq əşyaların mühafizəsi üzrə Dövlət İdarəsinin nümayəndələri təhvil-təslim mərasimində iştirak ediblər.
Qaytarılan eksponatlar əhən gdaşından hazırlanmış iki heykəl başıdır. Onlardan biri Yunçanlin məqbərəsindəki mülki məmuru, digəri isə Yunüyülin məqbərəsindəki hərbi məmuru təsvir edən heykələ aiddir. Hər iki nümunə Sun sülaləsi dövrünün (960-1279) daşyonma sənətinin diqqətəlayiq əsərləri hesab olunur.
Qeyd edək ki, məqbərələr Çinin Xenan əyalətinin Qunyi şəhərində yerləşir. Burada Şimali Sun sülaləsi dövrünün imperator dəfn komplekslərinə aid insan və mifik varlıqları təsvir edən çoxsaylı daş heykəllər var.



