İspaniyada sürət qatarları toqquşdu - 46 ölü
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub.
"El Espanol" qəzetinin məlumatına görə, Kastilya-La Mançadakı təcili yardım xidmətləri 46 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib, lakin bu rəqəmin arta biləcəyi bildirilir.
Məlumata görə, qatarın iki vaqonu relsdən çıxaraq bəndə aşıb.



