Azərbaycanın yunan-Roma güləşi üzrə yığması 3 medalla dünya ikincisi olub
Qazaxıstanın paytaxtı Astanadakı "Barıs Arena"da böyüklər arasında idman güləşi üzrə keçirilən dünya çempionatının dördüncü günü yunan-Romaçıların yarışına yekun vurulub. Mundialın dördüncü günü iki təmsilçimiz medal uğrunda son həlledici görüşünə çıxıb. Onlardan biri - Nihat Məmmədli (63 kq) erməni Karen Aslnyana qarşı final görüşünə, digər güləşçimiz - Olimpiya mükafatçısı Həsrət Cəfərov (67 kq) isə qazaxıstanlı Baqdat Sabazura qarşı bürünc medal qarşılaşmasına çıxıb. Təəssüflər olsun ki, hər iki pəhləvanımız bu görüşdə büdrəyib. Nihat 4:8, Həsrət isə 5:8 hesabla uduzub. Nihat gümüş medalla kifayətlənib, Həsrət isə medalın bir addımlığında qalıb.
Bununla da klassiklərinin dünya çempionatını 3 (2-1-0) medal və 102 xalla ikinci yerdə başa vurub. Birinci yeri 192 xalla İran, üçüncü yerisə 80 xalla Özbəkistan millisi tutub.
Yeri gəlmişkən, mundialın ikinci günü güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) karyerasında beşinci, Sənan Süleymanov (77 kq) ilk dəfə dünya çempionu olub.
Mundialın qadınların çıxışı ilə davam edir.
İNTİQAM Məmmədov



