Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da 4-cü tura yekun vurulub

Kişi basketol klublarının mübarizə apardığı ABL-da 4-cü tura yekun vurulub. Turun son oyununda "Landau Lions" ilə "Sumqayıt" klubu qarşılaşıb. Görüş birincinin qələbəsi ilə başa çatıb - 96:67 (19:17, 25:19, 22:23, 30:8).

Turun digər oyunlarına gəlincə, ən sensasion nəticə "Sabah" - "Naxçıvan" matçında qeydə alınıb. Ölkə çempionu adını daşıyan və hazırda Avropa Çempionlar liqasında çıxış edən "Sabah" bölgə təmsilçisi ilə bacarmayıb - 83:88. Bu qələbə "Naxçıvan" klubunu yarış cədvəlində ikinci pilləyə yüksəldib.

Hesabat turunda "Gəncə" BK üzərində  minimal hesablı qələbə qazanan "Neftçi" isə turnir cədvəlinin birinci pilləsinə qalxıb - 96:94.

Turun daha bir matçında isə "Ordu" klubu "NTD Baku" üzərində qələbə çalıb - 102:71.

ABL-da 5-ci turun oyunları oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək. 

İNTİQAM Məmmədov