"Qocalar" AÇ-da medalların sayını 4-ə çatdırıblar
Portuqaliyanın Portiman şəhərində veteran cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Oktyabrın 22-də startı verilən çempionatda Azərbaycan yığmasının üzvlərindən daha bir tatami üzərində uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədovun (100 kq) qazandığı bürünc medaldan gedir. Bununla da yığmamızın aktivindəki medalların sayı 4-ə çatıb.
Xatırladaq ki, bundan əvvəl
təmsilçilərimizdən Fərhad Rəcəbli (M8, 90 kq) qızıl medal qazanaraq karyerasında 12-ci dəfə çempionluq zirvəsinə ucalıb. Babək Hacıyevlə (M5, 60 kq) Elşən Kərimov (M7, 100 kq) isə yalnız həlledici finalda büdrəyərək gümüş medal qazanıb. Çempionata oktyabrın 25-də yekun vurulacaq. Yeri gəlmişkən, Azərbaycan da daxil olmaqla 36 ölkəni təmsil edən 1246 cüdoçunun iştirak etdiyi bu yarışa ölkəmizi 8 müxtəlif yaş kateqoriyasında 17 idmançı ilə qatılıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



