Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin gördüyü işlər Rumıniya mətbuatında işıqlandırılıb
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Rumıniyaya işgüzar səfəri bu ölkənin milli xəbər agentliyi AGERPRES tərəfindən işıqlandırılıb.
Rumıniyanın rəsmi dövlət xəbər agentliyinin səfərə diqqət ayırması Azərbaycan və Rumıniya arasında qiymətləndirmə sahəsində əməkdaşlığın inkişafına, keçirilən görüşlərə və əldə olunan razılaşmalara marağı əks etdirir.
Agentliyin materialında Vüqar Orucun Rumıniya Senatının üzvləri ilə görüşləri, AQC ilə Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası (ANEVAR) arasında əməkdaşlıq memorandumunun imzalanması və peşəkar əlaqələrin genişləndirilməsi məsələləri yer alıb.
Səfər çərçivəsində 2028-ci ildə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGoVA) beynəlxalq toplantısının Bakıda keçirilməsi təşəbbüsü də diqqət mərkəzində olub.
“AGERPRES – Rumıniyanın milli xəbər agentliyi”ndəki məlumat
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



