Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

4 boksçumuz AÇ-nin yarımfinalında 

Türkiyənin Trabzon şəhərində 15 yaşlı (U-15) boksçular arasında keçirilən Avropa çempionatı davam edir. ABF-dan verilən məlumata görə, çempionatıın üçüncü günü Azərbaycan yığmasının 7 üzvü növbəti döyüşünə çıxıb. Onlardan dördü 1/4, üçü isə 1/8 final döyüşünə qatılıb. Maraqlıdır ki, həmin gün rinqə çıxan boksçularımızın hamısı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb. Yeri gəlmişkən, 1/4 finalda döyüşən Gülay Ocaqova (57 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (90 kq) rəqibini məğlub edərək yarımfinala yüksəlib və bununla da onlar ən azından bürünc medalı özlərinə təmin ediblər.  Veysilə Əliyeva (54 kq), Hüseyn Rəhimli (40 kq) və Hümbət Almazov (42 kq) isə 1/8 finalı qələbə ilə başa vuraraq, 1/4-ə yüksəlib. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111