U-19 boksçuların dünya çempionatı davam edir
Montoneqronun Budva şəhərində 19 yaşlılar (U-19) arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı davam edir. Mundialın beşinci günü daha üç təmsilçimiz - Gülər Hüseynova (51 kq), Şahin Aslanov (65 kq) və Renat Qiyaslı (80 kq) 1/16 final mərhələsini uğurla keçərək 1/8-ə yüksəlib. ABF-dan verilən məlumata görə, bu mərhələdə isə boksçularımızdan Gülər Hüseynova serbiyalı Nataşa Lukiçlə, Şahin Aslanov Rumıniya təmsilçisi Jsolt Buzasla, Rinat Qiyaslı isə italiyalı Tiberuo Nakadello ilə üzləşəcək. Hər üç döyüş oktyabrın 22-də baş tutacaq. Cempionata isə oktyabrın 27-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



