Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Asiya Açıq Turnirində iştirak edəcəklər 

17-18 oktyabr günlərində Aktauda (Qazaxıstan) böyüklər arasında cüdo üzrə Asiya Açıq Turniri keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 7 ölkədən 230 tatami ustası medallar uğrunda yarışacaq. ACF-dən verilən məlumata görə, ölkəmiz bu turnirdə 11 çəki dərəcəsində 28 (21 kişi, 7 qadın) cüdoçu ilə təmsil olunacaq. 

Qadınların yarışında ölkəmiziin idman şərəfini baş məşqçisi Amina Abdellaitfova və məşqçi İmamverdi Məmmədovun rəhbərliyi altında Fəridə Mirzəyeva (52 kq), Gülnarə və Ülviyyə Bayramovalar (hər ikisi ,57 kq), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq) və Madina Kaisinova (+78 kq) qoruyacaq.

Böyük məşqçi Robert Kravçuk və məşqçi Əbdülhəqq Rəsulunun rəhbərliyi altında sözügedən turnirə qatılacaq kişi komandamızin heyətində isə Nazir Talıbov, Yaşar Nəcəfov, Rəşid Yelkiyev (hamısı 66 kq), Rüfət Şövlətov, Kamran Süleymanov (hər ikisi 73 kq), Elmar Qasımov (100 kq) və sair tanınmış cüdoçular yer alıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111