Şahmatçıların klublararası Avropa Çempionatı keçiriləcək
17-23 oktyabr günlərində Montoneqronun Budva şəhərində kişi və qadınlardan ibarət klublar arasında şahmat üzrə Avropa çempionatı keçiriləcək. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilməklə 7 turdan ibarət olacaq bu çempionatda Azerbaycan kişilərdən ibarət "Vüqar Həşimov" klubu və qadınlardan ibarət "Odlar Yurdu" ilə təmsil olunacaq.
Kapitanı Sərxan Həşimov olan "Vüqar Həşimov" klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev yer alıb.
Nicat Məmmədovun kapitanı olduğu " Odlar Yurdu"nun heyətində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova cəmləşib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



