Gənc güləşçimiz Eımir Əliyev DÇ-da ikinci olub
ABŞ-nin Las-Veqas şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı davam edir. AGF-dən verilən məlumata görə mundialın ikinci günü Azərbaycan yığması medal hesabını açıb. Söhbət yalnış həlledici final görüşündə büdrəyərək çıxışını ikinci yerdə başa vuran Elmir Əliyevin (60 kq) qazandı gümüş medaldan gedir.
Xatırladaq ki, 1/8 finalda polşalı Oliviya Tomaş Skinçakı 8:0, ardından qırğızıstanlı Kubaniç Arinovu 7:3, yarımfinalda isə özbəkistanlı Mehrac Bəhrəmovu 4:2 hesabla udan Elmir həlledici final görüşündə qazaxıstanlı Aybeık Aytbekovla bacarmayıb - 4:12.
Mundialın ikinci günü daha beş təmsilçimiz (55, 63 ,77 ,87 və 130 kq) döşək üzərinə çıxaraq medallar uğrunda yarışa qatılıb. Bu beşliyimizin 4-ü təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



