Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Uşanqi Kokuari DÇ-da gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb

Bakıda böyüklər arasında cüdo güləşi üzrə keçirilən və Olimpiada-2028-ə lisenziya xalları verən dünya çempionatında bu gün +78 kq qadınların və +100 kq çəkidə kişilərin çıxışı ilə fərdi yarışlara yekun vurulub. Fərdi yarışların son günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün biri qadın olmaqla mübarizəyə qatılan 4 cüdoçumuzdan ikisi daha inamla güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan biri gümüş, digəri bürünc əyarlı olub. Gümüş medal yalnız həlledici finalda ikiat dünya çempionu İnal Tosoyevə (Rusiya) məğlub olan Uşanqi Kokuarinin, bürünc medal isə üçüncü yer uğrunda görüşdə öz komanda yoldaşı Camal Qamzatxanov üzərində qələbə çalan Kənan Nəsibovun aktivinə yazılıb. 

Bununla da, Azərbaycan yığmasının aktivindəki medalların sayı 7- yə çatıb. Bu isə Azərbaycanın cüdo tarixində rekord nəticə olub. 

Xatırladaq ki, əvvəlki günlərdə cüdoçularımızdan Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə  üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Oktyabrın 11-də mundiala qarışıq komanda yarışı ilə yekun vurulacaq. 16 komandanın mübarizə aparacağı komanda yarışında millimiz 1/8 finalda Avstriya komandası ilə qarşılaşacaq. Komandamız bu mərhələni uğurla keçəcəyi halda Yaponiya millisi ilə üzləşəcək.

Fərdi yarışlardan sonra Azərbaycan millisi 7 (1-2-4) medalla ilk üçlüyü tamamlayıb.

Birinci yeri 12 (7-2-7) medalla Yaponiya, ikinci yerisə 4 (2-1-1) medalla Gürcüstan tutub. 

Aktivində 4 (1-2-1) medalı olan İspaniya 4-cü olub. Top-5-i isə 2 (1-1-0) medalla ABŞ qapayıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111