Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəşid Məmmədəliyev dünya çempionatının bürünc medalını qazanıb 

Bakıda kişi və qadın cüdoçular arasında keçirilən dünya çempionatının 6 oktyabra təsadüf edən üçüncü günü Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb. Söhbət 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rəşid Məmmədəliyevin qazandığı bürünc medaldan gedir. Qeyd edək ki, mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz berüncə aparan yolda əvvəlcə Castin Lemayra (Kanada), ardından Böyük Britaniya təmsilçisi İtana Nernanı məğlub edərək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə fransalı Dayan Bulemtafe uduzaraq, çempionluq şansını itirən Rəşid təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizəni davam etdirib. O, əvvəlcə italiyalı Leonardo Valerianini üstələyib, ardından isə bürünc medal uğrunda kiçik finalda braziliyalı Danieliya Karçninanl məğlub edib.

Xatırladaq ki, mundialın start günü isə Azərbaycan yığmasının bir üzvü - Əhməd Yusifov (60 kq) isə dünya çempionu adını qazanmaqla qızıl medal qazanıb.

Çempionatın 7 oktyabr gününə təsadüf edən 4-cü günü isə çəkisi 63 kq olan qadınlar və 81 kq çəkidə kişilər mübarizəyə qatılacaqlar.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111