Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İstanbulda məktəbdə bıçaqlı hücum: 8 yaralı

İstanbulun Başakşehir rayonunda məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 8 şagird yaralanıb.

Hadisə oktyabrın 6-da Kayaşehir ərazisində yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.

Məlumata görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız şagird məktəbə gələrək digər şagirdlərə bıçaqla hücum edib. Hadisə zamanı 8 şagird yaralanıb və xəstəxanaya çatdırılıb.

Başakşehir rayonun rəhbəri Cemil Özgür Öneğinin açıqlamasına görə, yaralananların 7-si qız şagirdlərdir. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu isə 8 yaralının müalicəsinin davam etdiyini, onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirib.

Hücumda şübhəli bilinən 15 yaşlı qız polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111