Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Əhməd Yusifov dünya çempionudur

Oktyabrın 4-də Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadınlar arasında startı verilən cüdo üzrə dünya çempionatının ilk günü mundiala  ev sahibliyi edən Azərbaycan yığması üçün uğurlu olub. Belə ki,  start günü tatamiyə çıxan 4 (2 kişi və 2 qadın) təmsilçimizdən biri - Əhməd Yusifov (60 kq) daha inamla güləşərək mükafatçılar sırasında yer alıb. 

Startda monqol cüdoçu Tumenjarqal Tuvşentuva qalib gələrək 1/8 finala yüksələn Yusifov burda hindistanlı Harş Sinqhi üstələyib. Ardından o, rusiyalı Ayub Bliyevi məğlub edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə isə cüdoçumuz Yanq Yunq-Beyi (Çin Typeyi) üstələyərək finala yüksəlib. Həlledici finalda isə Əhməd qazaxıstanlı Şerzod Davlatovdan güclü olaraq dünya çempionu adını qazanıb.

Təəssüflər olsun ki, həmin çəkidə çıxış edən və dünya reytinqində birinci olan Balabəy Ağayev ilk görüşünü qələbə ilə bitirsə də 1/8 finalda məğlubiyyətlə üzləşərək mundialla erkən və əliboş vidalaşıb.

Mundialın start günü mübarizəyə qatılan və 48 kq-da çıxış edən qadın cüdoçularımız da fiaskoya uğrayıb. Bunlardan Könül Əliyeva ikinci, Şəfəq Həmidova isə ilk görüşündə məğlubiyyətlə üzləşib.

Mundialın ikinci günü çəkisi 52 kq olan qadınlar və 66 kq çəkidə çıxış edən kişilər mübarizəyə qatılacaqlar.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111